Qeydiyyat Daxil ol

İstifadəçi şərtləri və qaydaları

Siz bu qaydaları oxuyaraq onlarla tanış olur, bu qaydaları anladığınızı tam və qeyd-şərtsiz təsdiq edirsiniz.

Qeydiyyat.

"STAFF"da anonim və ya publik iş axtarmaq, iş elanlarınızı yerləşdirmək üçün "STAFF"ın veb saytından (iş axtaran və ya işəgötürən kimi) və ya mobil tətbiqindən (iş axtaran kimi) qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdikdən sonra sizin üçün fərdi profil yaradılacaq və profilinizə şəxsi məlumatlarınızı əlavə edə biləcəksiniz.

“STAFF”da işəgötürən kimi qeydiyyatdan keçdiyiniz zaman korporativ email və nömrə ilə qeydiyyatdan keçməyiniz tövsiyə olunur, əks halda sizin profiliniz bloklana və ya silinə bilər.

Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatların doğruluğundan tam əmin olun, əgər yanlış məlumat vermiş olsanız və ya verdiyiniz məlumatlar tam tamamlanmamış olarsa, bu zaman "STAFF" sizin profilinizi öz qərarı ilə məhdudlaşdıra, silə, həmçinin istifadənizi qadağan edə bilər.

İstifadəçi adı və şifrə.

Şəxsi profilinizə daxil olduğunuz zaman siz istifadəçi adı və şifrə sahibi olacaqsınız. İstifadəçi adı və şifrə mühim və məxfi məlumatdır. Onun məxfi saxlanılması öhdəliyi sizin üzərinizdədir. Həmçinin, təhlükəsizlik tədbiri olaraq “STAFF” ilə işin hər bir sessiyasının sonunda öz profilinizdən müstəqil şəkildə çıxışı (“çıxış” düyməsi vasitəsilə) həyata keçirməyiniz tövsiyə olunur. Əks halda, “STAFF” baş verə biləcək arzuolunmaz nəticələrə görə məsuliyyət daşımır.

Vakansiya müddəti.

"STAFF"da işəgötürən və ya iş axtaran tərəfindən verilən hər bir müraciət sistemdə 30 gün müddətində aktiv qalır. Edilən bu müraciətlər 30 gün müddətində qəbul edilə və ya imtina edilə bilər. Əgər bu müraciətlərə 30 gün müddətində baxılmasa, həmin müraciətlər sistem tərafindən avtomatik olaraq silinəcək.

Hesabın bloklanması və ya silinməsi.

"STAFF" tərəfindən aşağıdakı hallarda hesablar bloklana bilər:

• "STAFF"da ünsiyyət qaydalarının pozulması;
• Profilinizdə özünüz və ya şirkətiniz haqqında yersiz məlumatlar;
• Spam və ya uyğun olmayan vakansiyalar göndərmək üçün namizədlərdən şikayət;
• İşə götürülənlərin əməkhaqlarının ödənilməməsindən şikayətlər;
• Çox sayda namizədlə ələqə və işə qəbul edilməmə;
• İşəgötürənin korporativ olmayan emaillərlə qeydiyyatı zamanı.

Tezliklə Xidmətinizdə