Qeydiyyat Daxil ol

Gizlilik

“STAFF” gizliliyə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyini öz üzərinə götürür.

“STAFF”dan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki “Gizlilik”də qeyd olunan qaydada tənzimlənir.

Azərbaycan Respublikasının qanunvericiliyinin tələbinə uyğun olaraq “STAFF” yalnız sizin tərəfinizdən veb sayt və ya mobil tətbiqə daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta və ya mobil tətbiqə öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların “STAFF” tərəfindən toplanmasına və işlənməsinə razılıq vermiş olursunuz.

Təhlükəsizlik.

Bizim üçün sizin şəxsi məlumatlarınızın təhlükəsizliyi çox önəmlidir. Xidmətimizdən istifadə edərkən sizinlə əlaqə qurmaq üçün istifadə edilə bilən müəyyən şəxsi məlumatlarınızı verməyinizi istəyə bilərik. Şəxsi olaraq müəyyən edilən məlumatlarınız sizin elektron poçt adresinizi, telefon mömrənizi əhatə edə bilər, amma bununla məhdudlaşmır. Buna görə də “STAFF” daxil etdiyiniz fərdi məlumatlarınızı sizin razılığınız olmadan üçüncü bir şəxsə ötürməyəcəyini öz üzərinə götürür. ”STAFF”da sizin anonimliyiniz tam şəkildə qorunduğundan tam əmin ola bilərsiniz.

Gizlilik qaydalarında dəyişikliklər.

Gizlilik qaydalarını tez-tez yeniləyə bilərik. Gizlilik qaydaları ilə bağlı hər hansısa bir dəyişikliyi bu səhifədə yerləşdirərək sizi xəbərdar edəcəyik. Dəyişikliklərlə əlaqəli vaxtaşırı gizlilik qaydalarını vaxtaşırı nəzərdən keçirməyinizi tövsiyə edirik.

Məsuliyyət.

Biz ”STAFF” dan istifadə nəticəsində onunla bağlı və ya istifadə edilə bilməmə nəticəsində yaranmış, həmçinin bununla məhdudlaşmadan, xətalar nəticəsində və ya onunla bağlı yaranmış zərər, çatışmazlıq, müdaxilə, nöqsan, əməliyyatlarda və ya ötürmələrdə ləngimələr, kompüter (mobil telefon) virusu, qoşula bilməmək, şəbəkə tarifləri, proqramdaxili satınalmalar və bütün digər birbaşa, dolayı, xüsusi, təsadüfi nümunə və ya nəticə etibarı ilə yaranmış hər hansı zərərə görə, hətta bizə belə zərərlərin olma ehtimalına dair məlumat verilsə belə, məsuliyyət daşımırıq. Bəzi qanunvericiliklər təsadüfi və ya birbaşa zərərlərin məhdudlaşdırılması və ya istisna edilməsinə icazə verməyə bilər. Bu halda yuxarıdakı məhdudiyyət və ya istisnalar sizə tətbiq olunmur.

Proqram təminatı yenilənmələri.

Biz “STAFF”ın daimi işlək vəziyyətdə olması və sizə keyfiyyətli xidmətlərin göstərilməsi üçün “STAFF”da mütəmadi olaraq yeniləmələr, təkmilləşmələr, əlavələr və qoşma komponentlər (mövcud olarsa), həmçinin xətaların həlli, xidmət təkmilləşmələri (qismən və ya bütövlükdə) məsuliyyət daşıyırıq. Bu qayda biz tərəfdən sizə təmin edilən və ya proqram təminatının ilkin nüsxəsi əldə edildikdən sonra sizə təqdim edilən bütün və istənilən yeniləmələrə tətbiq olunur. Belə yeniləmə ilə başqa şərtlər təqdim edilərsə, həmin şərtlər tətbiq edilir. Yenilənmə vasitəsilə təqdim edilmiş proqram təminatından istifadə etmək üçün siz əvvəlcə bizim tərəfimizdən müəyyən olunmuş “STAFF”ın yeniləməsi üçün lisenziya verilməsinə məqbul olmalısınız. Yenilənmiş proqram təminatı versiyası yeni funksiyalar əlavə edə və bəzi məhdud hallarda mövcud funksiyaları silə bilər.

Tezliklə Xidmətinizdə